• Telefon/Faks +994 25 254 19 20

Missiyamız

Bizim ən vacib missiyalarımızdan biri, meyvə-tərəvəzlərin “sahədən süfrəyə” qədər öz təbii keyfiyyətini qoruyub saxlamaqla keyfiyyətli məhsullar istehsal etmək və bazarda öz markamızı qoruyub saxlamaqdır.
Eyni zamanda məqsədimiz özünəməxsus istehsal texnologiyamızla cənub bölgəsinin təravətli məhsullarını bazara çıxarmaq və genişçeşidli istehsalını artırmaq;
İstehsal zamanı effektiv ən yaxşı idarəetmə metodları və texnologiyalarından istifadə edərək Azərbaycan mətbəxlərinə və süfrələrə ekoloji cəhətdən təmiz, ləziz və keyfiyyətli məhsullar təqdim etmək;
Biz biznes tərəfdaşlarımız ilə davamlı əlaqələr qurmaq və etibarlı tərəfdaşlar tapmaqda hər zaman maraqlıyıq.
Hədəfimiz, Standartın tələblərinə müvafiq istehsal və idarə etmə sistemini daha da təkmilləşdirmək və ətraf mühitə qarşı hər zaman həssas olmaqdır.