Müəssisə Azərbaycanın Cənub bölgəsində, Lənkəran rayonunun, Yuxarı Nüvədi kəndində yerləşir. İlk əvvəl onu qeyd etməliyik ki, bu region özünəməxsus rütubətli iqlimi və füsunkar təbiəti ilə Azərbaycanın digər bölgələrindən fərqlənir ki, bunun nəticəsində də burada strateji əhəmiyyətili bitkilər, subtropik meyvə-tərəvəzçilik inkişaf etmişdir. 2002 cı ildən təsis olunmuş müəssisə ilkin olaraq fəaliyyətinə tomat pastası istehsalı ilə başlamışdır.