• Telefon/Faks +994 25 254 19 20

Haqqımızda

Müəssisə Azərbaycanın Cənub bölgəsində, Lənkəran rayonunun, Yuxarı Nüvədi kəndində yerləşir. İlk əvvəl onu qeyd etməliyik ki, bu region özünəməxsus rütubətli iqlimi və füsunkar təbiəti ilə Azərbaycanın digər bölgələrindən fərqlənir ki, bunun nəticəsində də burada strateji əhəmiyyətili bitkilər, subtropik meyvə-tərəvəzçilik inkişaf etmişdir. 2002 cı ildən təsis olunmuş müəssisə ilkin olaraq fəaliyyətinə tomat pastası istehsalı ilə başlamışdır . Hazırda isə zavodun geniş əraziyə malik istehsal sexlərində müxtəlif növ marinadlar, şorabalar, kompotlar, meyvə şirələri, salatlar, tomat pasta, və s. kimi geniş çeşidli məhsullar istehsal olunur. İstehsal olunan meyvə-tərəvəzlər əsasən cənub bölgəsi fermerlərindən və Azərbaycanın digər bölgələrindən əldə edilir. Ekologi təmiz, zəngin təbbi tərkibə malik meyvə- tərəvəz məhsullarından istehsal olunan müxtəlif çeşidli məhsullar bazarda öz əmtəə görünüşü ilə fərqlənərək, alıcılar tərəfindən həvəslə alınmaqdadır.
Müəssisə keyfiyyətli məhsulları ilə daxili bazarda öz mövqeyini tutmaqla yanaşı bir sıra ölkələrə də məhsullarını ixrac edir. Yüksək texnologiya əsasında yetişdirdiyimiz ekoloji cəhətdən təmiz məhsulları respublikanın hər hansı bir nöqtəsinə çatdırılması mümkündür. Bu məqsədlə Azərbaycanın bir sıra bölgələrində və iri şəhərlərində topdan və pərakəndə satış məntəqələri mövcuddur. Siz, əziz müştərilərimiz, sadəcə saytımızda təqdim edilmiş funksionallıqdan istifadə edərək sifarişinizi verə bilər və xidmətlərimizdən istifadə edə bilərsiniz.